İran

Tehran bələdiyyəsi Əfqanistanlı işçilərini vaksinasiya etmir

Tehran şəhrdarisi əfqanıstanlı işçilərinin koronavirusa qarşı vaksinasiyon etrmir. Belə ki, Şəhər Şurası şəhrdarisinin özəlliklə Əfqanıstandan olan təmizlik işçilərinə vaksənlərin vurulmaması üçün hüşdar verdiyi deyilir. Məsələ ilə bağlı Şəhər Şurasının üzvü Höccət Nəzəri açıqlama verib. Şura nümayəndəsi kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq işçilər arasında belə ayrı-seçkiliyin qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin şəxslərin vaksinasiyon olunmaması onların milli kodlarının olmasması ilə ilgiləndirilə bilər.
Xatırladaq ki, fərvərdinin 17-də Məclisin Araşdırmalar Mərkəzi kimlik sənədi olmayan əfqanıstanlı mühacirlərin koronavirusa qarşı dərman almaq üçün ödəniş etməli olduqlarını bildirib. Başqa bir tərəfdənsə, İran məqamları təkidlə hər bir şəxsin bu növ dərman vasitələri ilə ödənişsiz təmin ediləcəklərini vurğulayırlar.
Bildirək ki, hazırda İranda 2 milyon 500 min nəfərdən çox əfqanıstanlı mühacir yaşayır. Bu mühacirlər təhsil və müalicə kimi ən təməl haqlarından məhrum ediliblər. Bir sıra İran Haqları Cəmiyyətləri isə əfqanıstanlıların ağır cəzalara məruz qaldıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button