Bölgə

İsrailin baş naziri: İranı zəiflətmək kampaniyası bütün sahələrdə davam edir

İsrailin baş naziri Naftali Bennet İran İslam Cümhuriyyətinin bütün sahələrdə zəiflədilməsi kampaniyasının davam etdiyini deyib.

“Aznews Tv”ın xəbərinə görə, o, habelə bildirib ki, İrana qarşı təzyiqlərin artırılması onun bölgədə terrorizmi müdafiə gücünü itirməsinə səbəb olub.

Bennet fevralın 1-də Tel-Əvivdəki çıxışında söyləyib: “İranı zəiflətmək kampaniyası başlayıb və bütün sahələrdə, o cümlədən nüvə proqramı, iqtisadiyyat və kiber sahələrində açıq və gizli şəkildə davam edir”.

O, daha sonra əlavə edib: “Raketlər Beyrut yaxud Qəzzadan atıla bilər, lakin onların adresi Tehrandır. Tehran nə qədər zəifləsə, ona ba]l; proksi qruplaşmaları da bir o qədər zəifləyər. Oktapodun başı nə qədər ac olsa, ayaqları bir o qədər zəif olar və bu zaman sərhədlərimizdəki düşmənlərimiz də zəifləmiş olar”.

Bennet sonda xəbərdarlıq edərək qeyd edib ki, İrana qarşı sanksiyaların ləğvi daha çox raket və kiberhücumlar, İsrail və onun müttəfiqlərinə qarşı fəaliyyət göstərən daha çox terrorçu qruplaşmaların fəaliyyəti deməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button