Azərbaycan

Azərbaycan və Türkiyə liderləri arasında danışıq olub

Azərbaycan Cümhuriyyətinin Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Dövlət başçıları Amerika Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə ilgili verdiyi bəyanatı qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Ölkə lideri Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Danışıqlar zamanı İlham Əliyev açıqlamanın bölgədə yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə irəlləyişindən razı olduqlarını bildirblər.

Related Articles

Bir cavab yazın

Back to top button