İran

Tikantəpədə etiraz keçirilib

Qərbi Azərbaycanın Tikantəpə vilayətində mədən şirkətlərinin yaşam çevrəsinə ziyan vurması etirazlara səbəb olub. Belə ki, vilayətin Faqqılı kəndinin əhalisi “Kəmər Bulaq” məntəqəsində toplaşaraq etiraz ediblər. Onlar daş mədənlərinin fəaliyyəti nəticəsində bölgəyə ciddi ziyan dəydiyini vurğulayıblar. Əhalinin fikrincə bu mədənlərin fəaliyyəti qanunsuzdur və tolid mücəvvizi lobbiçiliklə əldə edilib.
Habelə sözügedən mədənin isfahanlı sahibi kəndin bəzi işsiz gənclərini işə cəlb etməklə əhali arasında ixtilaf yaratmağa cəhd edir. Bununla da məntəqənin yeraltı sərvətləri talan edilir, mühitə ziyan vurulur.
Qeyd edək ki, Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, eləcə də 80 daş mədəninə sahibdir. İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdəndir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close