Dünya

Türkiyədə hərbi helikopter qəzası: həlak olanlardan biri generaldır

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 10 nəfərə yüksəlib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

Həlak olanlar arasında Türkiyə Ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

**20:04

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda hərbi helikopter qəzaya uğrayıb.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub.

Qəzanın təfərrüatları məlum deyil.

Related Articles

Bir cavab yazın

Back to top button