Bölgə

Türkiyə əsir düşmüş suriyalı hərbçiləri Rusiyaya təhvil verdi

Türkiyə “Dərbasiyə” buraxılış məntəqəsində əsir götürdüyü 18 Suriya höküməti yanlısı hərbçini Rusiyanın hərbi polis əməkdaşlarına təhvil verib.

Aznews.tv xəbər verir ki, təhvil edilən hərbçilər Qamışlı şəhərində yerləşən hava limanına aparılıb.

Qeyd edək ki, bu hərbçilər oktyabrın 29 əsir götürülmüşdü.

Ankara və Moskva arasında baş tutan məsləhətləşmələr sayəsində onlar Rusiya hərbçilərinə təhvil verilib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button