Bölgə

Türkiyə Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndə təyin etdi

Türkiyənin ABŞ-da səfiri olmuş Sərdar Kılıç Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar üçün xüsusi nümayəndə təyin olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndə təyin edib.

“Aznews tv” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə (İmarat) səfərindən sonra dekabrın 15-də jurnalistlərə açıqlamasında Ankara-İrəvan münasibtləri ilə bağlı bunları deyib: “Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə Vaşinqtondakı keçmiş səfirimiz Sərdar Kılıç Ermənistanla münasibələrin normallaşdırılması üçün xüsusi nümayəndə seçirilib və o, öz fəaliyyətinə başlayacaq”.

O əlavə edib: “Digər tərəfdən Türkiyə və Ermənistan Hava Yolları Şirkətləri qarşılıqlı uçuşların başlanması üçün qarşı ölkələrə gedib və danışıqlar başladıblar. Məsələ ilə nəqliyyat nazirimiz maraqlanır”.

Çavuşoğlu, habelə atılan bu addımların “3+3” formatında əməkdaşlıq çərçivəsində bölgədə sülh və sabitliyə səbəb olacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Çavuşoğlu daha öncə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılmasında Azərbaycanla koordinasiyalı hərəkət edəcəyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button