Bölgə

Türkiyə iqtisadiyyatı labirintin içindədir – İqtisadçı

“Türkiyə lirəsi bugün yenidən anti-rekord vurdu. Əvvəlcədən gözlənildiyi kimi, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 15 faizdən 14 faizə endirməsi 1 dolların 15,7 lirəyədək ucuzlaşmasını şərtləndirdi”.

 

“Türkiyə lirəsi bugün yenidən anti-rekord vurdu. Əvvəlcədən gözlənildiyi kimi, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 15 faizdən 14 faizə endirməsi 1 dolların 15,7 lirəyədək ucuzlaşmasını şərtləndirdi”.

Bu haqda iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması qısa müddətli dövrdə dövriyyədə pul kütləsinin artmasına, faiz dərəcəsinin aşağı düşməsinə, uzun müddətli dövrdə sərmayələrin çoxalmasına gətirib çıxarır:

“Lakin, hakimiyyətin hazırkı məzənnə rejimində tətbiq etdiyi bu siyasətlə yerli istehsal mallarının satışını stimullaşdırmaq istəyinin “xərcləri” Türkiyə iqtisadiyyatına və istehlakçısına baha başa gəlir. Odur ki, lirənin başının üzərində qara buludlar hələ də qalmaqdadır”.
İqtisadçı bildirirb ki, ilin sonu olduğuna görə xarici borc öhdəliklərinin icrası səbəbindən valyutaya tələbatı da artırır:

“Digər tərəfdən də əhalinin gəlirləri dəyərsizləşir və qiymətlər daha sürətlə artır. Aztəminatlılara sosial təsirləri neytrallaşdırmaq üçün Türkiyədə minimum əmək haqqı 50 faiz qaldırılıb ki, bu da həm də özəl şirkətlərin əmək haqqına yönələn xərclərini artırmaqla onların sərmayə imkanlarını məhdudlaşdırır”.

Q.İbadoğlu Türkiyə iqtisadiyyatının labirintin içində olduğunu qeyd edib:

“Belə olanda da düşünülməmiş qərarların qəbulunun fəsadları əvvəlki ilə müqayisədə daha böyük olur”.

Related Articles

Bir cavab yazın

Back to top button