Bölgə

Türkiyədə 11 İran casusuna həbs cəzası istənilib

Türkiyənin Van vilayətinin Baş Prokurorluğu bu ölkədə yaşayan sabiq yüksək rütbəli iranlı hərbçini oğurlamaq istəyən İran casuslarından ibarət 11 nəfərlik cinayətkar şəbəkə üzvlərinin məhkəməsi keçirilib.

Şəbəkə üzvlərinə 30 il həbs cəzası istənilib.

Müttəhimlər cinayət şəbəkəsinə qoşulma və adam oğurluğuna cəhddə ittiham edilir.

Türkiyənin “Anadolu” xəbər agentliyi yaydığı məlumatda həmin şəxslərin bundan əvvəl də üç dəfə sabiq iranlı hərbçini oğurlamaq üçün əməliyyat keçirdiklərini bildirib.

Agentlik həmçinin həbs edilən dəstə üzvləri ilə əlaqədə olan İran xüsusi xidmət orqanlarının əməkdaşları Seyid Mehdi Hüseyni və Əli Qəhrəman Haciabaddın adlarını açıqlayıb.

Xəbərdə habelə dəstənin İranın xüsusi xidmət orqanlarının qaçıraraq bu ölkəyə gətirilməsini istədiyi şəxslərlə bağlı keçirdiyi əməliyyatlarla bağlı məlumatlara da yer verilib.

Bununla yanaşı İranın Türkiyədəki cinayətkar şəbəkəsi ilə əlaqədə olan və onların cinayət əməllərinin həyata keçirilməsində rol oynayan 5 Türkiyə vətəndaşıda müttəhimlər arasındadır.

11 İranlı arasında ETTELAAT-ın nəzarəti ilə narkotik maddələrin Türkiyə üzərindən Avropaya daşınmasını təşkil edən Naci Şərifi Zindəşti cinayətkar dəstənin başçısıdır.

Naci Şərifi Zindəşti təxminən 13 il öncə İranda qaçaqmalçılıq ittihamı ilə edama məhkum edilən və Türkiyəyə qaçan narkotik qaçaqmalçılarının lideridir.

Onun edama məhkum olunmasından sonra İran təhlükəsizlik xidmətinin dəstəyi və planı əsasında ölkədən çıxarılaraq Türkiyəyə göndərildiyi deyilir.

Zindəşti təxminən iki il öncə Türkiyədə narkotik alveri, silahlı dəstə yaratmaq, adam oğurluğu və adam öldürmək kimi bir çox cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, cəmi altı ay həbsdə qaldıqdan sonra azadlığa çıxmışdı.

Qeyd edək ki, cari ildə Türkiyədə İran təhlükəsizlik xidmətinə bağlı daha iki casus və cinayətkar şəbəkə aşkar edilib.

MİT-in keçirdiyi əməliyyat nəticəsində 17 və 9 nəfərlik cinayətkar şəbəkə üzvləri həbs olunub.

17 nəfərdən ibarət birinci dəstə üzvləri yanvarın 9-da Türkiyənin Zonquldak şəhərində yaşayan iranlı müxalif “Şahnəmdi”ni İrana geri qaytarmağa cəhd edərkən zərərsizləşdirilib.

Türkiyə İstihbarat Təşkilatı (MİT) və İsrailin Kəşfiyyat və Xüsusi Əməliyyatlar Təşkilatının (MOSSAD) keçirdiyi əməliyyat nəticəsində Türkiyədə İran kəşfiyyatına bağlı və 9 nəfərdən ibarət olan ikinci terror dəstəsini ifşa edib.

Verilən məlumata görə, türkiyəli yəhudi iş adamı Yair Gellərə qarşı planlaşdırılan terror əməliyyatında adı keçən 9 İran agenti həbs olunub.

 

Related Articles

Bir cavab yazın

Back to top button