Bölgə

Türkiyədə meşələri yandırmaq istəyən terrorçu saxlanıldı

Türkiyənin Antalya vilayətində meşələri yandırmağa çalışan PKK terrorçusu saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PKK-KCK terror təşkilatının fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində aparılan araşdırma nəticəsində şübhəli şəxs ələ keçirilib.

Türkiyənin Kayseri vilayətindən Antalyaya gələn terrorçunun üzərində sulfat turşusu və Antalyanın xəritəsi aşkarlanıb.

Polisə ifadə verən Ahmet K. Suriyada terror fəaliyyətlərində iştirak etdiyini və kod adı “Devran-Rojhat” olan terrorçudan Antalyada meşələrin yandırılması ilə bağlı təlimat aldığını etiraf edib.

Related Articles

Bir cavab yazın

Back to top button