Dünya

Pompeo İran rejiminə qarşı sanksiyaların davam edəcəyini açıqlayıb

“İran rejimi bir il öncə Mahşəhrdə 148 qeyri-nizamini öldürüb. İnternet ilgisini kəsməklə keçən ilin novambrında həmin şəhərdə etirazların vəhşicəsinə yatırılması ilə bağlı sübutları və dəlilləri gizlətməyə çalışıb”. Bunu Amerikanın Xarici İşlər vəziri Mayk Pompeo novambrın 18-i Mahşəhr etirazçılarına qarşı törədilən qırğının ildönümü ilə bağlı danşarkən deyib. Pompeo yeni təhrimlərin işə salındığını da elan edib: “Sipahın jeneralı Heydər Abbaszadə və sərhəngi Riza Papi Əl-Əhvaz ustanında insan haqlarının pozulması, habelə etiraz mitinqlərinin şiddətlə yatırılmasında iştirak etdiklərinə görə təhrimlərə məruz qalıblar. Önümüzdəki həftələrdə və aylarda daha çox təhrimlər icra ediləcək. Söz və azad toplaşmaq azadlığının dəstəklənməsinə inanan ölkələr İran tərəfindən insan haqlarının toplu şəkildə pozulmasını qınamalıdır . Bu rejimi cəzalandırmaqla hər kəs üçün insan ləyaqətinə, insan haqları və azadlıqlarına hörmət prinsiplərini bir daha təyid etməlidirlər”,-deyə Pompeo vurğulayıb

Related Articles

Bir cavab yazın

Back to top button