Bölgə

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmisi bildirib.

Onun sözlərinə görə, ölkədə prezident seçkiləri martın 12-də keçiriləcək.

2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır.

O, fevralın 11-də Parlamentin yuxarı palatasındakı çıxışında dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib.

Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Prezidentin 40 yaşlı oğlu hazırda Baş nazirin müavinidir. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda çalışıb.

Related Articles

Bir cavab yazın

Back to top button