İran

İranda Covid-19-la bağlı “qırmızı” şəhərlərin sayı artıb

İranda koronavirusla bağlı "qırmızı" durumda olan şəhərlərin sayı 29-a yüksəlib.  

“Khabar Online” saytı xəbər verir ki, “Mask Application” İranda koronanın yayılmasına görə hazırlanmış nəqşə paylaşaraq, “qırmızı” durumda olan şəhərlərin siyahısını təqdim edib.
Listəyə uyğun olaraq bu şəhərlərin adları aşağıdakı kimidir: Culfa, Mərənd (Şərqi Azərbaycan), Üçnova (Uşnəviyə), Xana (Piranşəhr), Çaypara (Qərbi Azərbaycan), Mobarəke (İsfahan), Çərdavol, Dərəşəhr (İlam), Kiyar (Çaharmahal və Bəxtiyari), Qaenat (Cənubi Xorasan), Xəlilabad, Səbzevar, Kaşmər (Xorasan-e Rəzəvi), Damğan, Şahrud (Semnan), Zabol (Sistan və Bəluçistan), Estəhban, Sərçəhan, Mamasani (Fars), Abik (Qəzvin), Bane, Divandərə, Mərivan (Kürdüstan əyaləti), Şəhr Babək (Kerman), Pave, Rəvansər, Sərpol-e Zehab (Kermanşah), Poldoxtər (Luristan), Mehriz (Yəzd).

Ölkənin bir çox yerində durum sabit deyil. Sağlıq qaydalarına əməl edilməməsi, özəlliklə restoran, idman salonları, ictimai nəqliyyat vasitələri kimi qapalı yerlərdə olmaq və dərs otaqlarında havalanmaya diqqət yetirilməməsi kimi hallar koronaya yoluxmanı və “qırmızı” durumda olan şəhərlərin sayının artmasına gətirib çıxara bilər.

Related Articles

Bir cavab yazın

Back to top button