İran

Ukrayna İranı nədə ittiham etdi?

Ukraynın xarici işlər vəzirinin müavini Yevhen Yenin, İran məqamlarının Ukrayn uçağının vurulmasına görə təzminatın Avropanın bimə şirkətləri tərəfindən ödənilməsinə dair açıqlamalarına təəccüblənib. Hər bir halda zərərin ödənilməsinə İranın məsuliyət daşıdığını vurğulayıb.
Yenin öz facebook səhifəsində yazıb: “İran tərəfinin məsuliyətdən yayınmaq istəməsi ehtimalını belə təsəvvür etmək çətindir”.
“İran öncəki danışıqlarda təzminat ödəməyə razılıq vermişdi və bu məsələ sonrakı görüşlərin gündəliyində idi”,-deyə Ukraynın xarici işlər vəzirinin müavini artırıb.
İranın Mərkəzi Bimə Şirkətinin baş müdiri bildirib ki, Ukrayn uçağı İran şirkətləri tərəfindən yox, Ukrayndakı Avropa bimə şirkətləri tərəfindən bimə olunur. Ona görə də Ukrayn uçağına görə təzminatı biməçi şirkətlər ödəməlidirlər.
Ukraynın xarici işlər vəzirinin müavini habelə, “Avropanın bir bimə şirkəti Ukraynın Beynəlmiləl Hava Yollarını bimə edib. Bütün riskləri də başqa biməçilər vasitəsi ilə bimə etmişdi. Nəticədə, İran birbaşa təzminat ödəməsə belə, bunu biməçi şirkətlər vasitəsilə gerçəkləşdirməlidir”, – deyə əlavə edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close