İran

FUTBOL FEDERASYONUNDAN SONRA PERSPOLİS DƏ ZUNUZİDƏN ŞİKAYƏT ETDİ

Perspolis başqahı “Traktor” un sahibi Məhəmməd Rza Zunuzidən şikayət edib. Yayılan xəbərlərə görə, Perspolis başqahının şikayəti Zunuzinin mediaya verdiyi müsahibələri ilə bağlıdır.
Xatırladaq ki, bundan öncə İranın Futbol federasyonu da “Traktor” başqahından şikayət etmişdi.
Şikayətdə bildirilir ki, Zunuzi verdiyi müsahibədə liq və idman vizarətini özəl timdən himayət etməkdə ittiham edib. Timin adı açıqlanmasa da, “qırmızı tim” deyə işarə edilib.
Bununla bağlı Zunuzi daha bir müsahibəsində kinayə ilə bildirib ki, bu özəl bir cərəyan deyil. “Ağalar məndən təşəkkür etmək üçün bir neçə iclas qurub, dadqahda “xidmət camını” mənə vermək istəyirlər. Beləliklə, 8 il boyunca özəl uçaqla milli timi daşıdığım və verdiyim xəzinələrin qarşılığını ödəmək istəyirlər”, – deyə bildirən Zunuzi sözlərinə əlavə edib:
“Şəhristan timlərini həmişə incidiblər. Mən bunun qarşısında dayanmışam. Bu tim və tərəfdarların məndən intizarları var. Məhəmməd Daadkan ifşa etdi və “onu dadqaha verəcəyik”,- dedilər. Mənimlə də eyni işi görmək istəyirlər. Mənim sözüm millətin sözüdür, nədən cavab vermək istəmirlər? Dövlətə bağlı olan timlərin müdürləri, səndəllərinin fikrindədirlər. Başqahların çoxu liqin fəaliyyətə başlamasına muxalifdirlər, ancaq onların timləri dövlət timi kimi müsahibə versələr də, FİFAya namə yazmırlar.

Related Articles

Bir cavab yazın

Back to top button