İqtisadiyyatİran

Urmuda 1140 mənzil tikiləcək

Urmunun Apadana bölgəsində 1140 yaşayış evi tikiləcək. Bu, yeni tikililər layihəsinə uyğun olaraq həyata keçiriləcək. Məsələ ilə bağlı ordibeheştin 25-də Batı Azərbaycanın Yol və Şəhərsalma Baş İdarəsinin müdiri məlumat verib. Seyid Möhsün Həmzəlunun sözlərinə görə, layihə vasitəsilə Urmunun Bahünər Yaşayış Müctəməsi sakinlərinin həyat şəraitini yaxşılaşdırmaq nəzərdə tutulub. Köhnəlmiş tikililərlə yanaşı yeni şəhər məkanının yaradılması da görüləcək işlərdən dir. Bu yaşam vahidləri ərsəsinin məsahəti 45 min metr- mürəbbə olan ərazidə tikiləcək və yenidənqurma işləri görüləcək. Məlumata görə, istifadəyə yararsız tikililərin yenilənməsi, güncəl teknolojilər vasitələrlə sakinlərin imkanını artırmaq kimi məsələlər tərhin önəmli amaclarındandır. Bildirək ki, “Ümid” Şəhər Yenidənqurma Tərhinin icrasına 1397-ci ilin 19 bəhmənində başlanılıb. Batı Azərbaycanda şəhərlərin yenidənqurma işlərinə 860 milyard tümən etibar ayrılıb. Bu məbləğin 220 milyard tümənini Şəhər Yenidən Qurma Şirkəti təmin edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button