Dünyaİran

“Rusiyaya verilən İran PUA-ları ilə bağlı çoxlu sənədlər əldə etmişik”-Kiyev

Ukraynanın İran istehsalı olan "Şahid" pilotsuz uçuş aparatı və İranla Rusiyanın Ukraynanın işğalındakı əməkdaşlığına dair çoxlu sənəd və sübutları var.

Bu barədə Ukraynanın Ərazi Müdafiəsinin Təşviqi üzrə Koordinasiya Mərkəzinin müavini İvan Fursenko mediaya verdiyi açıqlamasında deyib.

“Bu dronlar İran istehsalıdır və ən böyük dron hücumlarından biri burada Kiyev ətrafında baş verib. Ruslar çoxlu sayda İran pilotsuz təyyarəsini üstümüzə göndəri, 20-yə yaxın yaşayış evinə ziyan dəyib.

Bu hücumlardan sonra hava qüvvələrimiz pilotsuz təyyarələrin parçalarını tapa bilib”,- deyə, o, bildirib.

İvan Fursenko İran xalqı ilə İran hökumətini eyni tutmadıqlarını qeyd edib.

“Biz bilirik ki, İran xalqı hökumətin əleyhinədir və onu dəstəkləmir.

Tehran Rusiya ilə işbirliyi etdiyi üçün indiki durumda İran hökuməti ilə danışıqlara getmək istəmirik “,- Fursenko vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button