Sağlıq & Yaşam

Yağsız məhsulların insan orqanizminə zərəri ilə ilgili açıqlama

“Yağsız məhsulların faydası əfsanədir. Onlar hətta insana ziyan gətirə bilər”. Bu barədə “Sputnik” radiosuna müsahibəsində təğziyə doktoru Arina Skoromnaya bildirib. “Bəzi insanlar arıqlamaq istədikdə yalnız üzərinə “pəhriz” , “arıqlamaq üçün”, “yağsızlaşdırılmış” sözləri yazılan məhsulları yeməyə başlayırlar. Amma bu seçim heç bir xeyir gətirməyə bilər. Bundan başqa, yağsızlaşdırılmış məhsulları yemək zərər verə də bilər. Yağsızlaşdırılmış məhsullar ona görə zərərlidir ki, piylər insana lazımdır. Əgər bizim hamımızın orqanizmi yağsızlaşdırılmış olsa, sağlıq durumumuzu daha pis edərik. Kalsium piysiz mənimsənilmir, buna görə yağsızlaşdırılmış süd məhsullarının əməli cəhətdən xeyri yoxdur. Artıq belə məhsulların maddələr mübadiləsinə mənfi təsir etməsinə dair bir neçə tədqiqat var”, – deyə Arina Skoromnaya qeyd edib. O, vurğulayıb ki, “gücü” məsnoi şəkildə artıran daha bir “sağlam” məhsul yeni sıxılmış meyvə şirələridir. Meyvə şirələri xüsusən səhərlər faydalı deyil. Səhərlər yeni sıxılmış meyvə şirəsi içmək ənənəsi heç bir xeyir gətirmir. Belə olan halda qana şəkərin miqdarı çox güclü şəkildə artır. Arina Skoromnayanın sözlərinə görə, insanların hazır pəhriz məhsullarını seçərkən tərkibini oxuması və tolidçinin etibarına diqqət yetirməsi lazımdır.

Related Articles

Bir cavab yazın

Back to top button