İran

Zənganda narkotik maddə alverçiləri həbs olunub

Zəngan Ustanı Uyuşdurucu Maddələrlə Mübarizə polisinin rəisi bir alverçidən 3 min 13 kilo icazəsiz metadon şərbəti kəşf olunması ilə bağlı məlumat yayıb.
Sərhəng Səid Babai, “şəhər sakinlərinin haqlı istəkləri ilə Zəngan şəhərində aludə bölgələrin təmizlənməsi və uyuşdurucu maddələri satanlar və paylayanlarla mübarizə əməliyyatı, məhkəmə məqamları ilə həmahəng edilməklə və sağlıq işlərinə riayət olunaraq icra olunub”, – deyə bildirib.
Onun sözlərinə görə, polis məmurları fənni və ittilaat hazırlıq işləri görərək həmin alverçilərin Zəngan şəhərində fəaliyyət yerlərini tanıya biliblər. Polis uğurlu və sürətli əməliyyat keçirərək, 3 alverçini və mötadlardan neçəsini tutuqlaya bilib. Onların birindən 3 min dərman və 13 kilo icazəsiz və saxta şərbət kəşf olunub.
Səid Babai bu əməliyyatların yenə davam etdiriləcəyinə toxunub. “Şəhər sakinləri 110 polisinə zəng edərək, uyuşdurucu maddələri satanlarla mübarizədə yardımçı ola bilərlər”, – deyə vurğulayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close