Dünya

Zelenskinin müşaviri:”Rusiya Ukraynadakı müharibədə İran dronlarından istifadə etməyə başlayıb”

Müharibə Araşdırmaları İnstitutu Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviçə istinadən Rusiyanın Ukraynada İranın pilotsuz döyüş təyyarələrindən istifadə etməyə başladığını bildirib.

Bu İnstitut avqustun 6-da Zelenskinin müşavirinə istinadən İranın Rusiyaya ən azı 46 pilotsuz uçuş aparatı verdiyini yazıb.

Arestoviç deyib ki, bu pilotsuz uçuş aparatlarının bəziləri köhnə nəsil “Şahed 129” aparatlarıdır və Rusiya Amerikanın Ukraynaya verdiyi Himars artilleriya raketlərini hədəf almaq üçün istifadə edir.

Bu hesabatda Rusiya qüvvələrinin Ukraynaya hücumda İranın pilotsuz təyyarələrindən istifadə etməsi Ukraynanın yüksək rütbəli hərbçiləri və ya Ukrayna hökuməti tərəfindən hələlik təsdiqlənmədiyini bildirib.

İyulun 16-da CNN telekanalı Amerika Milli Təhlükəsizlik Müşavirinə istinadla və həmçinin eksklüziv olaraq bu xəbər kanalının əldə etdiyi peyk görüntülərinə əsaslanaraq, silah daşıya biləcək pilotsuz təyyarələri yoxlamaq üçün Rusiyadan olan nümayəndə heyətinin üzvlərinin son bir ayda ən azı iki dəfə Kaşan aviabazasına səfər etdiyi barədə məlumat verib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sollivan CNN-ə deyib ki, Amerikada İran hökumətinin Rusiyaya silah daşıya bilənlər də daxil olmaqla bir neçə yüz pilotsuz uçuş aparat verməyə hazırlaşdığını göstərən məlumatların olduğunu bildirib.

Eyni zamanda, “Forbes” jurnalı avqustun 6-da yazıb ki, İran Rusiyanın Su-35 qırıcısını almaq müqabilində öz pilotsuz təyyarələrini bu ölkəyə çatdırmış ola bilər, çünki İranın pilotsuz təyyarələrindən istifadə qaydalarını öyrənmək üçün rusiyalı mütəxəssislərin İrana, İran hərbçilərinin isə Rusiyaya təlim keçmək və “Su-35” qırıcısı ilə tanışlıq üçün göndərilməsi barədə xəbərlər var.

Avropa Birliyinin İranın pilotsuz təyyarələrinin Ukraynaya qarşı istifadəsi ilə bağlı narahatlığından sonra İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ukraynalı həmkarı iıə telefonda danışıb və məlumatı təkzib edərək İranın müharibədə tərəf tutmadığını iddia edib.

Abdullahiyanın tərəfsizliklə bağlı iddiasına baxmayaraq, Vladimir Putinin Tehranda Xaməneyi ilə görüşündə İran rəhbəri Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən fikirlər səsləndirib.

“Ukrayna məsələsində, siz təşəbbüs göstərməsəniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə səbəb olacaqdı”-deyə, Seyid Əli Xaməneyi Rusiyanın hücumuna bəraət qazandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button