İran

Ələhvaz qiyamında tutulanların son vəziyyəti

Mordadın 2-si Güney Azərbaycanın Əl-Əhvaz qiyamına dəstək mitingindən dolayı tutulanların son vəziyyəti barədə Açıqla bu qərardandır
2 mordad adisələrindən sonra, Azərbaycanın çeşidli şəhərlərində və özəlliklə Təbrizdə etiraz əlaməti olaraq Təbriz milləti ağır təhlükəsizlik mühitinin hökm sürən atmosferinə baxmayaraq, geniş ölçüdə uğurlu etiraza çıxıdı. Azərbaycan millətinə qarşı sistematik ayrı-seçkilik, mədənlərinin və yeraltı sərvətlərin talan edilməsi, İran İslam Cumhuriyəti tərəfindən təbii və ekoloji sərvətlərin məhv edilməsi eləcə də bundan 10 gündən çox müddətdi etiraz edən Əl-Əhvazın məzlum ərəb millətinə həmdərdliyini bildirib. Bir sıra Azərbaycan milli mədəni -fəalları mitinqlərdə və etiraz da, , təhlükəsizlik qüvvələri tərəfindən tutularaq gözübağlı və qandalları ilə bilinməyən bir yerə aparılıblar.

Etirazlar başlamazdan bir neçə gün öncə onlarla azərbaycanlı fəal Təbrizlə Urmuda başqa şəhərlərlə yanaşə çağırılıb, təhdid edilib və tutulublar.

Türk aktivistlər İttilaat idarəsinin təhdidini telefon üzərindən qanunsuz adlandırdılar və təhlükəsizlik orqanlarının onları həbs etməkdə mühakimə orqanlarının cəlb hökmünü göndərmələrini istəyiblər.
Aşağıda bu günə qədər kimlikləri bəlli olan saxlanılan bəzi azərbaycanlı fəalların və son günlərdə Instagramla və Telegram peyclərində vəziyətləri bildirilən başqa fəalların adları verilmişdir:

Məhəmməd məhmudi
Bu azərbaycanlı mədəni fəal, mordadın 2-si şənbə günü Təbriz şəhərində xiyavandaetiraz zamanı təhlükəsizlik quvvələri tərəfindən tutulub və naməlum bir yerə köçürülüb.

Ulduz Qasemi:
Azərbaycanlı mədəni fəal Xanım Ulduz Qasemi də mordadın 2-si şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Həbsinin dəqiq səbəbləri və harada saxlanıldığı yer bəlli deyil.

Şahin Bərzigər Cəlali
Öncədən də xəbər verdiyimizə görə Təbrizdə yaşayan azərbaycanlı milli mədəni fəal tir ayının 31-də günortadan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu.
Bu azərbaycanlı fəalın da həbsinin dəqiq səbəbləri və köçürülmə yeri hələlik bəlli deyil.

Siyamək ku:şi
Azərbaycan milli mədəni fəalı İttilaat məmurları tərəfindən tutulub və bir neçə saatlıq sorğu-sualdan sonra buraxıldıqda, yenidən Sepahın ittilaat bölməsi tərəfindən həbs edildi və bilinməyən bir yerə köçürülüb.

Səməd Ladvəndi
Bu azərbaycanlı fəalın 2 mordad 1400-cü il tarixində, etirazları zamanı Təbriz şəhərində tutulub və bir neçə saatlıq sorğu-sualdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb.

Davud Rəhimi
Cənab Rəhiminin yaxınlarının verdiyi məlumata görə, bu azərbaycanlı fəal, 2 mordad 1400-cü il tarixində Şənbə günü Təbriz şəhərində etirazı edərkən təhlükəsizlik qüvvələri tərəfindən tutulub və yuxarıda adları çəkilən fəallar kimi harada saxlanıldığı bəlli deyil.

Şəhruz Bərzigər
Təbrizdə yaşayan azərbaycanlı fəalın ailəsi ilə yaxınları şəxsi İnstaqram səhifələrində vəziyyətindən xəbərsiz olduqlarını və həbs olunma ehtimalını qeyd etdiklərini bildirdilər. Son bilgilərə görə o, Təbrizin mərkəzi zindanına köçürülüb.

Əmin Səttari Rəuf:
Təbrizdə yaşayan azərbaycanlı milli mədəni fəal tir ayının 31-də 2014-cü il tarixində təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu.
Bu azərbaycanlı fəalın da həbsinin dəqiq səbəbləri və köçürülmə yeri məlum deyil.

Vəhid Əbhəri
1400-cü il tir aynın 31-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Bu azərbaycanlı fəalın həbsinin dəqiq səbəbləri və köçürülmə yeri məlum deyil.

Müctaba Əbdoli:
Bu azərbaycanlı fəal 2014-cü il 31 mordad tarixində Təbrizin Bostan Abad şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Niyə tutuqlandığı habelə harada saxlanıldığı barədə heçbir bilgi yayılmayıb.10:17

HY

Əşkan Səadət- Mehr və Əkbər Qulizadə:
İki azərbaycanlı fəal 1400-cü il mordadın 1-də Urmunun Ətai xiyavanında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Urmu İttilaat İdarəsinin “Doqquz Pillə” mərkəzində bir neçə saatlıq sorğu-sualdan sonra gecə saat 23:30 radələrində azadlığa buraxılıblar.
“Kərim Boksçu” adı ilə tanınan
Kərim İsmayılzadə səhifəsində onun Təbriz İttilaatİdarəsinə çağrıldığı barədə bilgi verilib, amma vəziyyəti ilə bağlı hələ bir məlumat yoxdur.

Rəhim Sasani, Yaşar Pi:ri, Sədullah Sasani, Mohsen Əbbaspur və Məhəmməd Purəli:
Təbrizdə yaşayan 5 azərbaycanlı milli – mədəni fəal 31 tir 1400-cü il tarixdə saat 22.00 radələrində Təbriz şəhərindən 20 km aralıda yerləşən Xa:cə şəhərində həbs olunublar. Maşınları axtarıldıqdan sonra Mubayl telefonlarını saxlayaraq özləri hələlik azadlığa buraxılıblar.

Yusif Sələhşur
1400-cü il mordadın 3-də təhlükəsizlik quvvələri Azərbaycan milli mədəni fəal Yusif Sələhşurun evinə girdikdə bu mədəni aktivistin şəxsi əşyaını özü ilə birgə bəlli olmayan yerə aparıblar. Onun nədə ittiham olduğu da bəlli deyil.

Abbas Lesani: Ərdəbil Həbsxanasında həbsdə olan bu tanınmış azərbaycanlı siyasi fəalın telefon danışıqları son iki gündə Azərbaycan millətının Əl-Əhvaz millətini dəstəkləməyə və Azərbaycan şəhərlərindəki ekoloji və yaşayış şərtlərinə etiraz etməyə çağırışından sonra bağlanıb.
Bundan öncə də Lisaninin Azərbaycan Cumhurisi ilə Ermənistan arasındakı savaş zamanı Qarabağ bölgəsini və qəsb edilmiş ayrı şəhərləri geri almaq üçün güney Azərbaycan Milli Hərəkatının Azərbaycan ordusuna dəstəyi zamanı telefon kəsintisinin, şahidi olduq.

Related Articles

Bir cavab yazın

Back to top button