Dünya

TRAMP VAKSİNİN HAZIR OLACAĞI VAXTI AÇIQLAYIB

Tramp Amerikada koronavirus vaksəninin bu ilin sonuna kimi hazırlanacağını nəzərdə tutur.
Bu barədə o, seçicilərlə “Fox News” telekanalı tərəfindən qurulmuş görüşdə bildirib.
Prezidentdən Amerikada KOVID-19 vaksəninin hazırlanmasının hansı mərhələdə olduğu soruşulub. “Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. İnanıram ki, bu iş hətta bu ilin başa çatmasına qədər olacaq”, – deyə dövlət başçısı cavab verib.
Amerikanın federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında araşdırma aparan Cons Hopkins Danigahının məlumatına görə, Amerikada koronavirusa demək olar, 2,4 milyon tutulma qeydə alınıb, təhlükəli üfunətdən 122,1 mindən çox insan ölüb.
Amerika dünyada koronavirusa tutulma və ölüm hallarının sayına görə birinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button