Dünya

AVROPA DÜNYA SAĞLAMLIQ TƏŞKILATI İLƏ BAĞLI AMERİKAYA SƏSLƏNDİ

Avropa Komissiyonun Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin Xarici Siyasət və Əmniyyət məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell Amerikanı Dünya Sağlamlıq Təşkilatı ilə əlaqələri dayandırması barədə qərarını yenidən nəzərdən keçirməyə səsləyib.
Ursula fon der Leyen və Jozep Borrell bununla bağlı birgə bəyanat yayaraq, Dünya Sağlamlıq Təşkilatı koronavirusla mübarizədə əldə edilən nəticələrin müstəqil araşdırılması barədə qərar verdiyini bildirib:
“Dünya təhdidi qarşısında ortaq həll yolları tapılmalı və işbirliyi inkişaf etdirməlidir. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən Amerikanı qərarına yenidən baxmağa çağırırıq”.
Qeyd edək ki, Prezident Donald Tramp Amerikanın Beynəlxalq Sağlamlıq Sazmanı ilə əlaqələrini kəsdiyini bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button