AzərbaycanDünyaİran

III Dünya Müharibəsi başlanır? – Politoloq ŞƏRH EDİR

Macarıstanın xarici işlər naziri Peter Siyarto müsahibəsində üçüncü dünya müharibəsi riskinin yaxınlaşdığını deyib. Son zamanlar dünyada baş verməkdə olan qarşıdurmalar, terror hadisələri, davam edən savaşlar III Dünya Müharibəsinə gətirib çıxarda bilər?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında siyasi şərhçi Elşən Manafov bildirdi ki, Rusiya problemlərin danışıqlar masası arxasında həllinə razıdır, bir şərtlə ki, Ukrayna bitərəfliyini elan etməli, NATO-ya qoşulmayacağı ilə bağlı öhdəliklər götürməli Krımın və müharibənin başlanmasına qədər Ukraynaya, referendumdlardan sonra isə Rusiyaya aid ərazilərin geri qaytarılması danışıqlar predmeti olmamalıdır: 

“Zelinski isə ümumiyyətlə, danışıqlardan imtina edir, baxmayaraq ki, Qərbdən bəlli hərbi və maliyyə dəstəyinin olmayacağı təqdirdə Ukraynanın məğlubiyyəti labüd idi. Qərbdən tam asılı olan Zelinski iqtidarı müharibə və danışıqlarla bağlı müstəqil qərar vermək iqtidarında deyil, halbuki onun avantyurist siyasəti Ukrayna dövlətçiliyinin gələcək müqəddəratını sual altında qoyub, dövlət borcu 400 milyar  dollardan yüksəkdir. Ukraynanın iqtisadiyyatı və infrastukturuna ciddi ziyan dəyib, onun bərpası üçün 500 milyard dollara yaxın vəsait lazımdır, 1 milyon əhali qırılıb, 15 milyon ölkəni tərk edib, müharibəni davam etdirmək üçün demoqrafik resurslar tükənməkdədir”.

Poitoloq qeyd etdi ki, Macarıstanın baş naziri Orban özü bu günlərdə bəyan edib ki, AB müstəqil qərar vermək iqtidarında deyil, o milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondunun əsiridir:

“Soros isə, ABŞ-ın MKİ-si ilə bağlı şəxsdir, təlimatları, o cümlədən rəngli inqilablarla bağlı təlimatları bu qurumdan alırdı. AB-nin institutları Soros fondunun humanitar, maarifçi və digər adlar altında həyata keçirdikləri layihələrdən milyardlarla pul alırlar, alt qatda Sorosun bu institutlarin qəbul edə biləcəyi qərarlara ciddi təsir imkanları var.

Avropa ictimai rəyində Rusiya ilə problemlərin danışıqlar yolu ilə nizamlanması tərəfdarları çox olsa da, siyasi istibleşmentlərin dərin dövlətçilik institutlari ilə əlaqələri və asılılığı problemin danışıqlar yolu ilə həllini ləngidir”.

Related Articles

Bir cavab yazın

Back to top button