İran

Həmədanda çörəyin qiyməti yüzdə 40-60 bahalaşacaq

Həmədan Əyaləti Ustandarisinin İqtisadi İşlər müavini Zahir Pur Mücahid bildirib ki, 98-ci ildən indiyə kimi çörəyin qiyməti Həmədan Əyalətində dəyişməz qalıb, amma şənbə günü Azər ayının 7-dən yeni qiymətlər tətbiq olunacaq. 1 ədəd lavaşın qiyməti 450 tümən, 1-ci növ səngək çörəyi 1600 tümən, ikinci növünün qiyməti 2 min tümən, 1-ci növ kökə çörəyi 1200 və 2-ci növünün qiyməti 1600 tümən olduğu bildirilib. 1-ci növ çörək dedikdə ya:ra:nə ilə verilmiş unla bişirilən, 2-ci növ isə ödənilən subsid daha az olduğu anlamındadır.

Əyalət üzrə 1950 çörəkçi fəaliyyət göstərir, onların hamısı və karxanaların ürətdiyi unun keyfiyyəti müfəttişlərimizin nəzarətindədir. Çörəyin qiymətinin artırılmasına Azər ayının 7-dən əməl olunacaq bundan öncə bahalaşdırma, qanun pozuntu sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button