Azərbaycanİran

Əhərdə partlayış baş verib: ölən və yaralananlar var

İyunun 2-si axşam saatlarında Əhər şəhəri yaxınlığına olan Niqarəkub kəndində yerləşən evlərin birində partlayış olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

O, hadisənin alışdırıcı maddələrin partlaması nəticəsində baş verdiyini qeyd edib. Şadiniya yaralıların xəstəxanaya köçürüldüyünü və vəziyyətlərinin ağır olduğunu bildirib.

#Ahar

Related Articles

Bir cavab yazın

Back to top button