İran

Ağ Gül gölməçəsinin canlandırılması istiqamətində işlər görülür

Ağ Gül Həmədan əyalətinin və ölkənin ən böyük gölməçələrindən biridir. Məlayir vilayətində yerləşən gölməçə təxminən 500 hektar ərazini əhatə edir. Ölkənin quruma təhlükəsi ilə üzləşən və canlandırılmasına ehtiyac olan 20 gölməçəsi sırasında yer alır. Məsulların sözlərinə görə, gölməçənin yanında dərinliyi 180 metr olan 233 su quyusu qazılıb. Keçən il məhkəmə qazılan 6 quyunun gölməçənin canlandırılması məqsədilə qapadılmasına qərar verib. Bu il isə daha 30 quyunun qapadılması gündəm mövzusudur.
Bildirək ki, qədimliyi 40 min il əvvələ dayanan Ağ Gül gölməçəsi Mərkəzi əyalətdəki Qara çayın mənbəyindən qaynaqlanır. Ancaq son 20 ildə gölməçə öz mənfəətini güdən şəxslərin çınqılları daşıması səbəbindən Qara çaydan qaynaqlana bilmir. Vurğulayaq ki, Ağ Gül 15 heyvan və quş növünün yaşam yeridir. Bu səbəblə də Mərkəzi əyalətin məsulları Qara çayın mühafizəsi ilə bağlı işlər görməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button