Bölgə

Amerika İrana qarşı daha kəskin sanksiyalara hazırlaşır

"Aznews" xəbər verir ki, Amerika Maliyyə Nazirliyinin Xarici Əmlaka Nəzarət İdarəsinin (OFAC) rəisi Andrea Qakinin daxil olduğu heyət Birləşmiş Ərəb Əmirliklərində İranla ticarət əlaqələri olan və sanksiyalara riayət etməyən bəzi banklara xəbərdarlıq edəcək.

Amerika Xarici İşlər Nazirliyi dekabrın 9-da açıqlama yayaraq, Bayden hökumətinin İrana qarşı daha kəskin sanksiylar qəbul etməsi yönündə Birləşmiş Ştatların yüksək rütbəli rəsmilərini gələn həftə BƏƏ-yə (İmarat) göndərəcəyini bildirib.

“Aznews” xəbər verir ki, Amerika Maliyyə Nazirliyinin Xarici Əmlaka Nəzarət İdarəsinin (OFAC) rəisi Andrea Qakinin daxil olduğu heyət Birləşmiş Ərəb Əmirliklərində İranla ticarət əlaqələri olan və sanksiyalara riayət etməyən bəzi banklara xəbərdarlıq edəcək.

“The Wall Street Journal” qəzeti dekabrın 9-da bu xəbəri yazaraq bildirib ki, Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Ştatların bəzi bankların İran əleyhinə sanksiya qanunlarına əməl etmədiklərinə dair sübutların olduğunu və həmin bankların daha sonra boykot edilə və ya cəzalandırıla biləcəyini qeyd edib.

Qəzetin yüzdığına görə, Amerika rəsmiləri bildiriblər ki, əgər hazırkı Vyana atom danışıqlarından nəticə əldə edilməsə, o zaman Amerika İrana qarşı iqtisadi təzyiqləri daha da artırmaq üçün bir sıra ölkələrə nümayəndə heyətləri göndərə bilər

Related Articles

Bir cavab yazın

Back to top button