Azərbaycanİran

“İran Azərbaycanla müharibə edəcək qədər güclü deyil”

“Uzun illərdir İsraillə İran arasında strateji olaraq müharibə vəziyyəti var. Ötən gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumdan və İsrailin İranın strateji obyektlərinə qarşı növbəti zərbədən sonra Tehranın səssiz qalması İranın bu əhəmiyyətli yerləri qoruyacaq qədər güclü olmadığını sübut etdi”.

Bu fikirləri Azərbaycan Mərkəz Partiyasının üzvü, araşdırmaçı jurnalist Elyar Kamrani Metbuat.az-a açıqlamasında bildirib. Ekspert deyir ki, bu gün ayrı-ayrı yerlərdə hələ də davam edən, sönməyən etirazlar İranın hazırkı rejiminin çökməsinin başlanğıcı oldu.

Reklamınızı SmartBee ilə effektiv edin.

Elyar Kamrani

“İran dövləti yaranandan bu günə kimi, xaricdə olan bəzi ölkələri özünə düşmən bilib. Bu dövlətlərdən biri də İsraildir. İran İsrail adında ölkəni ümumiyyətlə rəsmi olaraq tanımır. İranın daxilində bir sıra qruplar, sıra partiyalar, təşkilatlar isə milləti düşmən hesab edərək etirazların baş qaldırmasına şərait yaradırlar. Hər kəsə bəllidir ki, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edildi. İran ərazisində olan səfirlikləri qorumalıdır. Amma hadisələr onu göstərir ki, İran elə bu hücumun təşkilatçısıdır”.

Elyar Kamrani İranın nəyinki müharibə hətta ölkəsindəki vətəndaşlara kömək edəcək qədər güclü olmadığı qənaətindədir.

“Üç gündür ki, İranda zəlzələ olduğu halda, rejim hələ də təbii fəlakətdən əziyyət çəkən vətəndaşlara kömək edə bilmir. Camaat çarəsizlikdən küçələrdə, parklarda gecələməli olur. Bütün bunlar onu göstərir ki, İran dövlətinin yalnız adı qalıb. Daxildə isə çürümüş çökmüş bir ölkə mövcuddur. Biz bunu həm siyasi, həm iqtisadi, həm də ictimai olaraq görürük. Artıq millət də buna inanır”.

Hazırkı şəraitdə İranın başqa dövlətlərlə müharibə etmək gücündə olmadığını qeyd edən Elyar Kamrani hesab edir ki, Tehranın açıqlamaları media savaşının bir parçasıdır.

“İsraillə İran arasında müharibə olacağını düşünmürəm. İsrail istədiyi zaman İrana “dur” deməyi bacarır. Bütün planlarını çökdürə bilir. Hər zaman İran qonşu ölkələri təhdid edib. Amma bunun heç bir faydası olmayacaq. Xüsusilə Azərbaycanla müharibə edəcək qədər güclü deyil. Yaxın zamanda İranın necə çökməsinə bütün dünya şahid olacağıq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Related Articles

Bir cavab yazın

Back to top button