Azərbaycanİran

Həbsdən buraxılan təbrizli gənc intihar edib

2022-ci ilin sentyabr ayında ölkədə baş tutan irimiqyaslı etiraz aksiyalarında həbs edilərək barəsində 5 il azadlıqdan məhrumetmə qərarı çıxarılan təbrizli gənc Əşkan Bəluc intihar edib.

Bildirilib ki, girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan təbrizli gənc dekabrın 21-də polis bölməsinə çağırıldıqdan sonra həyatına son qoyub. İnsan haqları fəalları Əşkan Bəlucun ölümünün şübhəli olduğunu bildiriblər.

Ötən ilin etiraz aksiyalarında həbs edilən onlarla fəal, o cümlədən azərbaycanlı gənclər Məryəm Arvin, Möhsün Cəfərirad, Arşiya İmamquluzadə,Yəlda Ağafəzli, Həsti Hüseynpənahi və başqaları həbsxanadan çıxdıqdan sonra intihar ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button