İran

KORONAVİRUSA TUTULANLARIN SAYI YENƏ ARTIB

İranın Behdaşt Vəzirliyi ölkədəki vəziyyətlə bağlı açıqlama verib.
Açıqlamaya görə, daha 2 615 nəfərdə koronavirus tapılıb. Bununla da tutulma sayı 200 262-yə çatıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 120 nəfər artaraq 9 392 nəfərə yüksəlib.
Bundan başqa, indiyədək 159 192 nəfər sağalaraq mərizxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyonu ötən ilin dey ayında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyonuna indiyədək tutulanların sayı 8,6 milyonu ötüb. Bunların 4,5 milyondan çoxu sağalıb, 456 mindən çoxu isə ölüb.
Ümumdünya Behdaşt Təşkilatı fevriyyənin 11-də infeksiyonın adını COVID-19 qoyub, marsın 11-də isə koronavirusu pandemi elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button