İran

İran Cənubi Koreya tankerinin ekipaj üzvlərini azad edib

İran tərəfindən saxlanılan Güney Kore tankerinin xədəməsi sərbəst buraxılıb. Bu barədə İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə bilgi verib. O, gəmi və kapitanla bağlı araşdırmaların davam etdirildiyini deyib. Xətibzadə Abbas Ərqaçı ilə Güney Kore Xarici işlər vəzirinin müavini arasında telefon danışığı olduğunu açıqlayıb. Məlumata görə, danışıq zamanı Güney Koredə həbs qoyulan İran pullarının qaytarılması barədə fikir mübadiləsi aparılıb. Güney Kore rəsmisi ölkəsinin məhdudiyyətlərin ən qısa müddətdə aradan qaldırılması ilə bağlı çalışacağını qeyd edib. Bildirək ki, İran dövləti Güney Kore gəmisini çevrəyə zərər vurmaq bəhanəsilə saxlayıb. Olay İranın Güney Korədə bloklanmış pullarının azad edilməsi ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button