Dünyaİran

Zaxi Hanqbi İsrailin İranla bağlı mövqeyini şərh edib

“Amerika heç vaxt İranın atom təsisatına hücum etməyəcək. Buna görə də İsrail təhlükəni aradan qaldırmaq üçün müstəqil hərəkət etməli olacaq”. Bu fikirləri İsrailin Şəhərsalma vəziri və Baş vəzir Benyamin Netanyahunun yaxın müttəfiqi Zaxi Hanqbi “KAN” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, iranlılar İsraillə qarşılaşmaq üçün çox məhdud imkana sahib olduqlarını sübut ediblər. “Gələcəkdə İrana nizami hücumdan başqa çıxış yolu qalmaya bilər. İsrail liderlərinin atomlu İranı qəbul etməyəcəyinə ümid edirəm”,-deyə vəzir diqqətə çatdırıb. Bildirək ki, Zaxi Hanqbi ötən ilin novambrında Baydenin atom anlaşmasına qayıtmasının İranla İsrail arasında savaşa səbəb ola biləcəyini söyləyib. Vurğulayaq ki, İran höküməti atomla ilgili fəaliyyətlərinə görə bütün dünyanın təpkisinə məruz qalıb. İran bu yolda xalqını bədbəxtliyə və səfalətə sürükləyib.

Related Articles

Bir cavab yazın

Back to top button