İran

Zahidanda bəluc fəallar həbs ediliblər

İyunun 9-da İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində keçirilən etiraz aksiyasından sonra 4 bəluc fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bu barədə məlumat yayan Bəluc Fəallarının Kampaniyası fəalların ağır şəkildə döyülərək həbs edildiklərini bildirib.

Abdulla Xərvət, İbrahim Gərgic, Hamid Rigi və Səid Kərgic adlı etnik bəlucların hara aparıldıqları barədə məlumat verilməyib.

Qeyd edək ki, iyunun 9-u günorta saatlarında, cümə namazından sonra Zahidanda hökumətə qarşı etiraz nümayişləri keçirilib.

Həbsxanalarda artan edam cəzalarına etiraz edən aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

İranda azadlıq və demokratiyaya nail olmağın xalqların birgə mübarizəsi nəticəsdində mümkün olacağını bildirən plakatlar qaldırılıb

Related Articles

Bir cavab yazın

Back to top button