İran

İran xarici işlər naziri Ermənistanla siyasi və bölgəsəl məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb

İLNA-nın xəbərinə görə, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri iyulun 1-də xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşündə İran və işğalçı Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının keçirilməsi, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin vəziyyəti və eləcə də Qafqaz bölgəsində baş verənlər haqqında hesabat təqdim edib.

Görüşdə Əmir Abdullahian iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında siyasi və regional məsələlər üzrə məsləhətləşmələr prosesinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

O, müştərək komissiya çərçivəsində əldə olunmuş razılaşmaların, xüsusilə də İran və işğalçı Ermənistanın infrastruktur və enerji məsələlərində əməkdaşlığının davam etdirilməsi ilə bağlı lazımi tövsiyələr verib.

Related Articles

Bir cavab yazın

Back to top button