Dünya

Belarusda keçirilən seçkiləri tanımayan daha iki ölkə…

Kanada və İrlənd Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.
Bu barədə iki ölkənin Xarici İşlər vəzirliyinin başçılarının bəyanatlarında deyilir.
İrləndin xarici işlər vəziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri məşru deyil:
“Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara əksul-əməli bunu sübuta yetirir”, – deyə bildirib.
Qeyd edək ki, Kanadanın Xarici İşlər vəzirliyinin başçısı Fransua-Filipp Şampan seçkilərin nəticələrini saxta olduğunu və azad və ədalətli səsvermə keçirməyə çağırıb. O, Avropa əmniyyət təşkilatından Belarusdakı seçkiləri araşdırmağı istəyib. Vəzir bəyanatında etirazçılara qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib.

Related Articles

Bir cavab yazın

Back to top button