İran

Zahidanda etiraz aksiyası keçirilib

İyulun 21-i günorta saatlarında İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində səssiz etiraz aksiyası keçirilib.

Bu barədə Bəluc Fəalları Kampaniyası məlumat yayıb.

Məlumatda cümə namazından sonra sünni bəlucların məhərrəmlik ayında şiələrə hörmət əlaməti olaraq şüarlar vermədən səssiz yürüş etdikləri bildirilir.

Aksiya ilə eyni vaxtda zahidan şəhərindin əksər bölgələrində internet kəsilib və mobil telefon operatorlarında problemlər yaranıb.

Qeyd edək ki, bu bəlucların Tehrana hökumətinə qarşı hər həftə keçirdikləri 42-ci etiraz aksiyasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button