Dünya

Britaniyanın Baş naziri tezliklə Ukraynaya səfər edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson yaxın zamanlarda Kiyevə səfər edib Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsən görüşmək niyyətindədir.

NIAN-a istinadən xəbər verilir ki, məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, bununla da Baş nazir Rusiya ilə müharibədə Ukraynanı dəstəklədiklərini nümayiş etdirmək niyyətindədir. O, məmurlara səfərlə bağı detalları araşdırmağı tapşırıb.

Qeyd edək ki, Boris Conson bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin “məğlub olacağı”nı demiş və Rusiyanın Ukraynaya hücumunu isə “hərbi cinayət” adlandırmışdı. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button