İran

Nuri Həmədani: Məscidlər boş qalıb

Din xadimi və şiələrin müctəhidlərindən olan Hüseyn Nuri Həmədani İranda məscidlərin boş qaldığını deyib.

“Mənə verilən məlumatlara görə məscidlər boşdur və insanlar adi günlərdə məscidlərə getmirlər”,- Həmədani narahatlığını bildirib.

Bir müddət əvvəl Əli Xaməneinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getmədiyini deyib.

Bununla yanaşı İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button