Azərbaycan

BAKIDAKI PARTLAYIŞ TƏXRİBAT OLA BİLƏRDİMİ? – “Bu nə terror, nə də Azərbaycana təzyiq deyil…”

“Dünən Binəqədi rayonu ərazində yerləşən mebel sexində baş vermiş partlayışın terror aktı olması barədə versiyaları istisna edirəm. Bu nə terror hadisəsi, nə də Azərbaycana təzyiq forması deyil”.

“Aznewstv” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl olayı şərh edərkən deyib.

 

“Biz dəfələrlə “Sədərək”, “Binə” və “Eurohome” ticarət mərkəzlərində bu cür yanğın hadisələrinin şahidi olmuşuq. Digər tərəfdən, bizə məlumdur ki, Neft Akademiyasında, eləcə də Sumqayıt ətrafında “Azərsun” şirkətinin ərazisində baş verən hadisələr terror aktı idi. Ancaq mən dünən baş verən faciəli hadisəni terror adlandırmazdım”, – o əlavə edib.

Ekspert qeyd edir ki, olay texniki səbəblərdən qaynaqlana bilər: “Yəqin ki, havaların soyuq keçdiyi günlərdə işıq və qazdan istifadə qaydalarına tam əməl olunmayıb”.

Ekspert Fövqəladə Hallar Nazirliyinin (FHN) bu cür halların qarşısını almaq üçün daha operativ işləməli olduğunu deyib: “Təəssüf ki, FHN-nin adı yalnız hadisə baş verəndən sonra çəkilir. Əslində burada birinci FHN-nin adı qeyd olunmalıdır, nazirlik bu cür yerlərə diqqəti artırmalıdır. Xüsusən də qış aylarında profilaktik tədbirlər gücləndirilməlidir. Obyektə yalnız hansısa balonun qoyulmasıyla kifayətlənmək olmaz. Hər halda istintaq hadisənin bütün təfərrüatlarını ortaya çıxaracaq”.

Related Articles

Bir cavab yazın

Back to top button