İran

Ərdəbil zindanında saxlanılan Yusif Karinn bölməsi dəyişdirilib

Ərdəbil mərkəzi zindanının müdiriyyəti dekabrın 14-də azərbaycanlı siyasi-mədəni məhbus Yusif Karinin bəndini dəyişiblər. Bildirək ki, fəal son həftələrdə ailəsi və qohumları ilə telefon təması zamanı özündə, habelə Abbas Lisanidə kəskin koronavirus əlamətlərinin olduğunu deyib. Onun bəndinin bu səbəblə dəyişdirildiyi düşünülür. Yusif Kari təqribən bir il Ərdəbilin mərkəzi zindanının 7-ci bəndində Abbas Lisani və başqa siyasi məhbuslarla birlikdə həbs cəzası çəkib. Xatırladaq ki, Yusif Kari 2 sentyabr 2019-ci ildə İranın əmniyət qüvvələri tərəfindən tutuqlanıb. Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Bu hökm Ərdəbilin Təcdidenəzər Məhkəməsinin 13 saylı şöbəsində 2 il həbs cəzası ilə əvəzlənib.
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button