İran

İranda etirazlar səngimək bilmir

"Əxlaq" polisinin 22 yaşlı Məhsa Əminini öldürməsindən sonra baş qaldıran etirazlara görə İranın müxtəlif şəhərlərində nümayişlər davam etməkdədir. Tehranda aksiyalar hər gün gecə saatlarınadək təşkil ediir.

Əhali öz evlərindən etirazçılara dəstək verir. Sosial mediada yayılan videolarda nümayişçilərin Tehranın Rey şəhərində yerləşən “SEPAH komandanlığının qərargahına” yürüş etdiyi müşahidə olunur.
Jurnalistlərə nümayişləri izləməyə icazə verilmir. Tehranda internet tamamilə kəsilib. Tutulmuş jurnalistlər “casusluq”-da ittiham olunurlar.
Tutulanların sayı hər an artır
və sayları dəqiq bilinsə də, Tehran Jurnalistləri Birliyi 10 jurnalistin adını açıqlayıb.
İRNA təkcə Mazandaran əyalətində 450 nəfərin həbs olunduğunu bildirir.
Dünən Gilan əyalətinin polis rəisi burada 739 nəfərin tutulduğunu və onlardan 60-nın qadın olduğunu deyib.

Dövlət televiziyası mitinqlərdə 35 polis işçisinin həyatını itirdiyini bildirib.

Etirazların genişlənməsi ilə ölkədə sosial şəbəkələr bloklanb.(Azad ıran)

Related Articles

Bir cavab yazın

Back to top button