Azərbaycan

Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan Rufiz Budaqov…

Bizə zəfər sevinci yaşadan qəhrəmanlarımızın haqqı ödənməz. Çünki onlar döyüş meydanına yalnız bir məqsədlə atıldılar. Bu məqsəd bütöv Azərbaycan xəyalının gerçəkləşdirilməsi idi . Döyüşlərdə böyük şücaət göstərən həmin qəhrəmanlarımızdan biri də ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunan gizir Rufiz Budaqovdur. Budaqov Rufiz Şirzad oğlu 1977-ci ildə Naxçıvan Muxtar cümhurisinin Ordubad şəhristanının Tivi kəndində anadan olub. O, əsgərliyini başa vurduqdan sonra gizirlik bölümünü oxuyub. Ailədə dörd qardaşdırlar. Şəhidimiz evin böyük övladı olub. Həyat yoldaşı Nüşabə Budaqova deyir ki, Rufiz şəhid olan günü onlarla ilgi saxlayıb: “O, tank fərmandehi idi. Mənə zəng etdi, dedi ki, məndən nigaran qalmayın. Həmin vaxt ilgi kəsildi. Murov yüksəkliyi uğrunda qəhrəmancasına döyüşüb. Rufiz mehriban adam idi. İşlə ilgili evdə çox olmurdu. O, evə gələndə bizim üçün bayram olurdu. İşini çox sevirdi. Tankda hər hansı bir problem olan zaman onu özü söküb düzəldirdi. Vətəninə, torpağına bağlı insan idi. Onun üçün də döyüşə ilk gedənlərdən oldu”. Qeyd edək ki, gizirimizdən iki qız, bir oğlan övladı yadigar qalıb…

Related Articles

Bir cavab yazın

Back to top button