İran

İstanbulda öldürülən iranlı media fəalının qatili ömürlük həbsə məhkum edildi

Türkiyə məhkəməsi iyulun 6-da "Qara qutu" adlı Telegram kanalının iranlı idarəçisi Məsud Moləvinin sui-qəsd nəticəsində öldürülməsi işi üzrə cinayətkarların həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarıb.

Məhkəmənin qərarına əsasən, sui-qəsdin əsas təşkilatçısı Abdullah Koçak
ömürlük həbs cəzası alıb. Cinayət işində ümumilikdə 14 nəfər təqsirkar bilinib və digər 3 müttəhim dünən məhkəmənin qərarı ilə 15 il, 12 il və 6 ay müddətinə azadlıqdan məhkum edilib.

Xatırladaq ki, Məsud Moləvi Vərdəncani 2019-cu il noyabrın 14-də İstanbulun Şişli bölgəsində odlu silahla qətlə yetirilib. Qatili onu ürəyindən və ayağından vuraraq öldürmüşdü.

Həmin vaxt Türkiyənin “Sabah” qəzeti yazmışdı ki, Məsud Moləvi İran kəşfiyyatının sabiq agentlərindən olub. O, Türkiyəyə gəldikdən sonra sosial şəbəkə vasitəsilə İranın dövlət rəsmilərinin korrupsiya əməlləri barədə məlumatları ifşa edirdi.

Related Articles

Bir cavab yazın

Back to top button