İran

İran tibb mərkəzlərinin əməliyyat otağında kamera quraşdırılması məcburi olacaq

İran Səhiyyə Sistemi Təşkilatının rəsmisi yaxın aylarda tibb mərkəzlərinin əməliyyat otaqlarında kameraların quraşdırılmasının "məcburi" olacağını açıqlayıb.

“Khabar Online” saytının məlumatına görə, Tibb İşinə Nəzarət və Akkreditasiya Mərkəzinin rəhbərinin imzası ilə “Ölkə üzrə tibb mərkəzlərinin əməliyyat otağına kameraların quraşdırılması” mövzusunda dərc olunmuş məktuba əsasən, İranın tibb elmləri universitetlərinin nəzarətində fəaliyyət göstərən bütün əməliyyat otaqlarında yaxın üç ay ərzində kameralar quraşdırılmalıdır.

Sözügedən sayt İran Səhiyyə Nazirliyinin bu qərarını “riskli” adlandırıb.

https://bit.ly/3D5w1AO

Related Articles

Bir cavab yazın

Back to top button