Azərbaycanİran

Qərbi Azərbaycanda çörək qıtlığı davam edir

Qərbi Azərbaycan əyalətində hökumətin çörəkçilərə və sexlərə verdiyi un kvotasının azaldılması ilə eyni vaxtda əyalət şəhərlərində, o cümlədən Urmiya şəhərində çörək qıtlığı davam edir.

Çörək mağazalarının qarşısında uzun növbələrin yarandığı, bunun vətəndaşlarla çörəkçilər arasında mübahisə və qarşıdurmalara səbəb olduğu bildirilir.

“Evdə qızımla birlikdə xalça toxuyaraq həyatımızı dolandırırırq. Ancaq hər gün ortalama 3-4 saat çörək növbəsində dayanmalı olduğumuz üçün işimizdən geri qalırıq.

Təsəvvür edin ki, artıq növbəyə durub və başqa müştərilərə növbə satmaq bir peşəyə çevrilib”, – urmiyalı qadınlardan biri deyib.

Qeyd edək ki, bundan öncə, 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb. Urmiyanın bəzi bölgələrində bir paket lavaşın qiyməti 80 min tümənə çatıb.

#Azerbaycaninguneyi #corek

Related Articles

Bir cavab yazın

Back to top button