Dünyaİran

“İranh ökuməti xalqı üçün nifrin temasından başqa bir şey deyil.”- Netanyahu

“5 il öncə bu tribunadan çıxışım zamanı Tehran zalimləri barədə xəbərdarlııq etmişdim. Onlar öz xalqı, bölgəmiz və bütün dünya üçün nifrin temasından başqa bir şey deyillər.” - Benyamin Netanyahu BMT-də deyib.

Baş nazir BMT-nin Ümumi Yığıncağında çıxışı zamanı həmçinin İranı “geriyici” adlandırıb.

“Tehran sülhün qarşısını almaq üçün əlindən gələni edir. Terror üçün milyard dollarlar xərcləyir və ticarət gəmiçiliyi xətlərini hədələyir.

Həmçinin İranın cinayətkar rejimi minlərlə insanı öz ölkəsində öldürüb. İran Ukraynanın günahsız xalqına ölüm və dağıntı gətirib.

Bu ölkənin hökuməti ilə mübarizə edən və ölkələri üçün daha yaxşı gələcək niyyətində olan qadın və kişilərə dəstək olmalıyıq.”-deyə Netanyahu vurğulayıb.

Nazir Qərb ölkələrinin 2015-ci ildə İranla bağlanmış Nüvə Sazişinə də toxunub.

“Qərb ölkələri 8 il öncə söz verdilər ki, İran Nüvə Sazişini pozarsa cəza tətbiq eədəcklər, lakin İran pozdu və heç bir iş də görülmədi. İrana beynəlxalq sanksiyalar yenidən tətbiq olunmalıdır.”- nazir sözlərinin davamında qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button