İran

İranın Almaniyadakı keçmiş səfiri milyardlarla avro korrupsiya işi üzrə 11 ay həbs cəzası aldı

İranın Almaniyadakı sabiq səfiri Hüseyn Musaviyan Kiş adasında baş vermiş maliyyə cinayəti üzrə 11 ay həbs cəzasına məhkum edilib.

İranın Almaniyadakı sabiq səfiri Hüseyn Musaviyan Kiş adasında baş vermiş maliyyə cinayəti üzrə 11 ay həbs cəzasına məhkum edilib.

“Aznews tv” xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Zəbihullah Xodaiyan keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Hüseyn Musaviyan 2002-ci ildə Kiş azad iqtisadi zonasında müşavir işləyən zaman Xudayar Ələmbeygi adlı şəxsin bölgəyə 2 milyard avro sərmayə qoya biləcəyini deyib. Bununla da Xudayar Ələmbeygiyə Kişdə 200 hektar ərazi verilib, amma o, vədlərinə əməl etməyib.

Xodaiyan əlavə edib ki, bir müddət keçdikdən sonra Xudayar Ələmbeygiyə dənizdə də 100 min kvadrat metrlik sahə verilib və burada da o, verdiyi vədlərə əməl etməyib.

Xatırladaq ki, uzun müddət yüksək postlarda çalışan Hüseyn Musaviyan Mahmud Əhmədinejadın prezidentliyi dövründə casusluq ittihamı ilə həbs edilib. Lakin məhkəmədə bu ittihamdan bəraət alan Musəviyan İslam Cümhuriyyəti əleyhinə təbliğat ittihamı ilə bir neçə il həbsə məhkum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button