İran

Hicabsızların İran muzeylərinə girişi qadağan edildi

İranda məcburi hicab qaydalarını riayət etməyən qadınların muzeylərə girişi qadağan edildi.

Bu barədə İran Mədəni İrs Nazirliyinin muzeylər üzrə dirrektoru Mürtəza Ədibzadə açıqlama verib.

O, nazirliyin məsələ ilə bağlı sərəncam yaydığını və orada “islami hicab qaydaları”na uyğun geyinməyən qadınların muzey və tarixi-mədəni komplekslərə buraxılmamaları barədə qəti xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button