Azərbaycan

Təhlükəsizlik idarəsi Urmuda mədəni tədbirin keçirilməsinə icazə verməyib

“Səfiyəddin Urməvi Seminarı”nın keçirilməsinə icazə verilməməsi ilə bağlı urmulu mədəniyyət xadimləri məlumat veriblər.

Urmulu mədəniyyət xadimləri və sosial media fəallarının yaydığı məlumata görə, İran hökumətinin təhlükəsizlik idarəsinin basqıları nəticəsində yanvarın 26-da Urmu şəhərində keçirilməsi nəzərdə tutulan görkəmli Azərbaycan musiqiçisi Səfiyəddin Urməvi seminarı ləğv olunub.

Yanvarın 22-26-ı arası “Urmu Mədəniyyət Həftəsi” adı altında keçirilən tədbirin son gününün azərbaycanlı musiqiçiyə həsr olunması planlaşdırılsada, ETTELAT bunun qarşısını alıb və yekun tədbir təhlükəsizlik və sepah üzvlərinin iştirakı ilə “Difai Müqəddəs” muzeyində baş tutub.

Mədəniyyət xadimləri və seminar təşkilatçılarının məsələ ilə bağlı etiraz müraciətlərinə əhmiyyət verilməyib və “belə məsləhətdir” deyə, narazı təşkilatçılara xəbərdarlıq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button